Bir ay sonra Hoqvartsa getmək üçün Harri “Kral Xaçı” dəmiryolu vağzalında Hoqvarts Ekspress qatarını axtarır. Onlar harriyə 9¾ Platformasına çatmaq üçün sehrli divarın arasından keçməyi öyrədirlər. Harri bu səfər zamanı özünə düşmən də tapır; qarşıdakı il ərzində Drako Malfoy yoldaşları Vinsent Krabb və Qreqori Qoylla birlikdə Harrini izləyir, ona ziyan vurmağa çalışırlar, çünki qatarda Malfoy Harriyə dostlqu təklif edib, Ronla əlaqəni kəsməyi təklif etsə də Harri bundan imtina edir.Qatarda Harri qısa müddətdə Ron Uizli ilə dostlaşır, onlar Qrinqotsu, qarşıdakı təhsil ilini müzakirə edirlər. Məktəbin böyük zalında ilk nahardan əvvəl təzə tələbələr Seçici şlyapa tərəfindən fakultələrə bölünürlər.

Romanlar seriyası həm də təhsil texnikası, sosial analiz və marketinq üsullarının tədqiqində mənbə kimi istifadə olunmaqdadır.

Romanda əsas hadisələr başlamazdan əvvəl ən qaranlıq və qəddar cadugər olan Lord Voldemortun gənc sehrbaz cütlük olan Ceyms və Lili Potterləri öldürür, lakin onların körpə övladları Harrini öldürmək istəyərkən hansısa naməlum gücün təsiri ilə sirli şəkildə yoxa çıxır.

1998-ci ildə “Scholastic Corporation” nəşriyyatı “Harri Potter və Sehrbaz Daşı” (Harry Potter and the Sorcerer's Stone) adı ilə romanın ABŞ versiyasını nəşr etdi.

Kitab BK və ABŞ-da bir çox mükafatlara layiq görülmüşdür.

On bir yaşının tamam olduğu gecədə həmin adaya enən Haqrid nəhayət ki, Hoqvartsdan gələn məktubu Harriyə çatdırır və Durslilərin on il ərzində ondan gizlətdikləri həqiqəti danışır: Harri sehrbazdır və Hoqvartsa qəbul edilib.

Haqrid məktəb üçün lazım olan əşyaların alınması üçün Harrini Londonun altında yerləşən Diaqon küçəsinə aparır və burada Harri ilk dəfə sehrbazlar arasında “sağ qalmış oğlan” kimi məşhur olduğunu görür.

Harrinin seçilməsi zamanı şlyapa Harrini güclü, lakin qara cadugərlərin yetişdiyi Slizerin fakultəsinə göndərmək istəsə də, Harrinin etirazından sonra onu Professor Dambldorun da vaxtilə təhsil aldığı Qriffindor fakultəsinə göndərir.

Ron və Hermiona da Qriffindor fakultəsinə göndərilir. Nahar zamanı Harri Professor Sneypin ona baxdığını görür və başında Lord Voldemort tərəfindən qoyulmuş cızıqda ağrı hiss edir.

On bir yaşının tamamlanmasına az qalmış Harriyə Hoqvartsdan çoxlu məktub gəlməyə başlayır, lakin xalasının əri Vernon Dursli Harrinin məktubları oxumasına imkan vermədən onları məhv edir.

Məktubların qarşısını ala bilmədiyini görən Vernon əvvəlcə ailəni bir otelə aparır, lakin məktubların otelə də gəlməyə davam etdiyini gördükdə o, ailəni kiçik bir adaya aparır.

Dağarcığı Malfoy tapır və Nevili ələ salmaq üçün dağarcığı hündür bir yerdə gizlətməyə çalışır.